"Şaxtyor" - "Dinamo Kiyev" oyununda ara qarışdı - DAVA GÖRÜNTÜLƏRİ

Ukraynada futbol üzrə ölkə çempionatının 24-cü turunda qalmaqal baş verib. APA TV-nin Vesti.az-a istinadən xəbərinə görə, Şaxtyor-Dinamo Kiyev oyununda dava düşüb.


Hadisə matçın 78-ci dəqiqəsində "Şaxtyor"un "Dinamo"nun qapısına vurduğu üçüncü qoldan sonra baş verib. Futbolçular bir-birinə təpik və yumruq zərbələri endiriblər. "Şaxtyor"un iki oyunçusu - Aleksanr Kuçer və Taras Stepanenko meydandan qovulub. Eyni aqibəti kiyevli Andrey Yarmolenko da yaşayıb. Donetsk təmsilçisinin baş məşqçisi Mirça Luçesku da qırmızı vərəqə görüb.


Görüş 3:0 hesabı ilə "Şaxtyor"un xeyrinə bitib. Buna baxmayaraq, "Dinamo" ölkə çempionu adını qazanıb. Hələ ötən həftə kiyevlilər bu uğuru özləri üçün təmin edib. "Şaxtyor" isə marafonu ikinci başa vuracaq.

Müəllif | Apa.Tv
Apa.tv