Bakı və Sumqayıtın bəzi küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılır

May ayının 4-də saat 09.30-dan 14.30-dək  Bakı və Sumqayıtın bəzi küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılır

 

“TOUR d`AZERBAİJAN” beynəlxalq velosiped turunun keçirilməsi ilə əlaqədar Dövlət Bayrağı Meydanından Dairəvi yol - Bakı-Sumqayıt şosesi - Masazır - Novxanı - Sumqayıt istiqamətində və Sumqayıt şəhərinin bir sıra mərkəzi küçələrində nəqliyyatın hərəkəti müvəqqəti olaraq dayandırılacaq.

 

"APA-Economics" xəbər verir ki, göstərilən vaxtda həmin istiqamətlərə alternativ yollardan istifadə olunması xahiş olunur.

 

Müəllif | Apa.Tv
Apa.tv