Vəkil: Hacı Məmmədovun səhhətində problem var

Daxili İşlər Nazirliyinin (DİN) həbsdə olan sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədov Penitensiar Xidmətin Binə qəsəbəsində yerləşən ixtisaslaşdırılmış müalicə müəssisəsinə köçürülüb.

 

Bu barədə APA-ya məlumat verən H.Məmmədovun vəkili Afət Qazıyeva bildirib ki, H.Məmmədov saxlanıldığı Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) istintaq təcridxanasından Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Müalicə Müəssisəsinə köçürülüb və hazırda həkim nəzarətindədir. Vəkil H.Məmmədovun səhhətində problem olduğunu deyib.

 

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən məsələ ilə bağlı məlumat vermək səlahiyyətlərinin olmadıqlarını deyiblər.

 

Xatırladaq ki, DİN-in sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədov və daha 26 nəfər 2005-ci ilin martın 9-dan 10-na keçən gecə MTN-in həyata keçirdiyi “Qara kəmər” əməliyyatı nəticəsində həbs edilib. H.Məmmədova qarşı Cinayət Məcəlləsinin 80 maddəsi ilə ittiham irəli sürülüb, barəsində əmlakı müsadirə olunmaqla ömürlük həbs cəzası çıxarılıb.

Müəllif | Apa.Tv
Apa.tv