Rusiyada polis polkovnikini və ailə üzvlərini öldürən azərbaycanlılar tutuldu

Rusiyada məhkəmə Samara vilayətinin Sızran rayonunun keçmiş polis rəisi, istefada olan polkovnik Andrey Qoşt və onun ailə üzvlərinin ölümündə şübhəli bilinən şəxslər barəsində həbs qərarı çıxarıb.

 

APA-nın “RIA Novosti”yə istinadən verdiyi məlumata görə, Rusiya Federasiyası İstintaq Komitəsinin rəsmi nümayəndəsi Vladimir Markin deyib ki, qətli törətməkdə üç azərbaycanlı şübhəli bilinir. Digər istintaq fəaliyyətlərindən sonra onlara qarşı ittiham irəli sürüləcək.

 

V.Markin əlavə edib ki, hadisənin təfərrüatları və digər iştirakçılarının olması ehtimalı da araşdırılır.

 

Sızran rayon prokuroru Yevgeni İrxa bildirib ki, təqsirləndirilən şəxslər 2 aylıq həbs ediliblər.

 

“Lifenews”un məlumatına görə, qətldə şübhəli bilinənlər İslam Arzu oğlu Babayev, Orxan Şirəli oğlu Zöhrabov və Roman Rauf oğlu Fətəliyevdir. Məhkəmə qapalı keçirilib.

 

Qeyd edək ki, keçmiş polis rəisi A.Qoşt və 5 ailə üzvü (polkovnikin arvadı, qardaşının arvadı, qardaşı qızı və valideynləri) Sızran rayonunun İvaşevka qəsəbəsində öldürülüb. Öldürülənlərin meyitləri aprelin 24-də səhər aşkar olunub. Qətlin qarət məqsədilə törədildiyi ehtimal edilir.

Müəllif | Apa.Tv
Apa.tv