Gəncədə möhtəşəm flaşmob aksiyası
Bu gün Gəncədə "Gəncə Avropa Gənclər Paytaxtı 2016" layihəsi çərçivəsində flaşmob aksiyası keçirilib.
APA TV-nin qərb bürosunun məlumatına görə, şəhərin məktəbli və tələbələrinin iştirakı ilə keçirilən flaşmobda "Gəncə Avropa Gənclər Paytaxtı 2016"-nın loqosu canlandırılıb.
Loqonu canlandıran gənclər səhər saatlarından etibarən Gəncənin baş meydanına toplaşaraq xüsusi işarələnmiş yerlərdə qərarlaşıblar. Vaxt keçdikcə 10 mindən çox gənc Heydər Əliyev meydanında "Gəncə Avropa Gənclər Paytaxtı 2016"nın loqosunu canlandırıblar. Təxminən 2 saatdan sonra günlərdir çəkilən zəhmət nəticəsini verib. Saniyə ölçənin işə salınması ilə 10 dəqiqə ərzində bu görüntünü (üstdən çəkilən görüntü) izləmək imkanı olub.
Qeyd edək ki, mayın 4-də Gəncədə Heydər Əliyev Mərkəzində "Gəncə Avropa Gənclər Paytaxtı 2016" layihəsinin rəsmi açılış mərasimi keçiriləcək.