Yasamalda keçmiş məhkum intihara cəhd etdi

Bakıda intihara cəhd olub. APA TV-nin məlumatına görə, hadisə Nərimanov rayonu ərazisində qeydə alınıb.

 

9 mərtəbəli yaşayış binanın 6-cı mərtəbəsində yaşayan 35 yaşlı Vüqar Ayaz oğlu Həsənov yaşadığı mənzilin eyvanına çıxaraq özünü atacağı ilə hədələyib.

 

Hadisə yerinə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri və polis əməkdaşları cəlb edilib. İntihara cəhd edən şəxslə psixoloji söhbət aparılıb və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları onu fikrindən daşındırıblar.

 

İlkin məlumata görə, vaxtilə məhkumluq həyatı yaşayan Vüqar Həsənovun psixi problemləri var, narkotik aludəçisidir. Qonşular APA TV-yə bildiriblər ki, Vüqar Həsənov vaxtaşırı çılğın hərəkətləri ilə tanınır, anası ilə yaşadığı evdə tez-tez dava-dalaş salır. İntihara cəhddən əvvəl də Vüqar evdə dava salıb, pəncərənin şüşələrini sındırıb, evdəki məişət əşyalarını sıradan çıxarıb.

 

Vüqar Həsənov Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsinə aparılıb.  Onun məcburi müalicəyə göndəriləcəyi gözlənilir.

Müəllif | Apa.Tv
Apa.tv