Dollar və rubl ucuzlaşdı
Azərbaycan Mərkəzi Bankı xarici valyutaların növbəti məzənnələrini açıqlayıb.
APA TV-nin məlumatına görə, ABŞ dollarının məzənnəsi ucuzlaşıb. Mərkəzi Bank dolların kursunu 1,5066 manat olaraq müəyyənləşdirib.
Bivalyuta səbətinə daxil olan avro isə manat qarşısında dəyər qazanıb. Avronun rəsmi məzənnəsi 1,7377 manat olaraq açıqlanıb.
Rusiya rublunun da məzənnəsi ucuzlaşıb. Hazırda 1000 Rusiya rublu 23 manat 20 qəpikdir.
Qeyd edək ki, Mərkəzi Bank valyuta məzənnələrini həftə içi hər gün açıqlayır. Cümə günləri isə şənbə, bazar və bazar ertəsi üçün üçgünlük məzənnə açıqlanır.