Daxili İşlər Nazirliyi Zaqatalada xüsusi əməliyyat keçirir, saxlanılanlar var

Daxili İşlər Nazirliyi Zaqatalada xüsusi əməliyyat keçirir.

 

APA-nın məlumatına görə, keçirilən əməliyyat bir neçə gün əvvəl sahə müvəkkili, 1971-ci il təvəllüdlü Rövşən Sadəddin oğlu Baliyevin iş otağında baş verən partlayışla bağlıdır.

 

Artıq bir neçə nəfər saxlanılıb. APA-nın əldə etdiyi məlumata görə, Saxlanılan şəxslər rayon sakinləri - Vaqif Padarov, Vüqar, Əbdürrəhman və İslam adlı şəxslərdir. Polis onların yaşadıqları evdə axtarış aparıb, bir neçəsinin evindən silah-sursat götürülüb.

 

Saxlanılan şəxslərin vəhhabi təriqətinin üzvü olduğu ehtimal olunur.

Müəllif | Apa.Tv
Apa.tv