Tağıyev qəsəbəsində ağır qəza: bir vəzifəli şəxs öldü, digəri yaralandı

Daxili İşlər Nazirliyi  vəzifəli şəxslərin qəzaya düşməsi faktı ilə bağlı məlumat yayıb. APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, mayın 2-də saat 15.00 radələrində Sumqayıt şəhərinin Tağıyev qəsəbəsində Bakı şəhər sakini Rüstəm Haqverdiyevin idarə etdiyi “Toyota” və Qusar rayon sakini Rabit Əkbərovun idarə etdiyi “QAZ-3110” markalı avtomobillər toqquşub və “QAZ-3110” markalı avtomobildə yanğın baş verib. Nəticədə R. Haqverdiyevin sərnişinlərindən Adışirin Ələkbərov hadisə yerində ölüb, özü və 3 sərnişini, habelə Rabit Əkbərov xəstəxanaya yerləşdirilib.  Rüstəm Haqverdiyev xəstəxanada dünyasını dəyişib.

 

Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsi tərəfindən araşdırma aparılır.

 

Mətbuatda yayılan məlumatlara görə, qəzaya düşən “Toyota” avtomobilində “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədrinin birinci müavini Teyyub Cabbarov da olub. Qəzada ölənlərdən Adışirin Ələkbərov “Sukanal” Elmi Tədqiqat və Layihə İnstitutunun elmi işlər üzrə direktor müavinidir.

Müəllif | Apa.Tv
Apa.tv