Neft Fondu Mərkəzi Banka 40 mln. dollar satdı

Bu gün Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən 50 milyon ABŞ dolları məbləğində vəsait hərraca çıxarılıb.

 

ARDNF-dən APA-Economics”ə verilən məlumata görə, bu vəsaitdən 5,6 mln. ABŞ dolları məbləğində vəsait 7 banka və 40 mln. ABŞ dolları məbləğində vəsait isə Mərkəzi Banka satılıb.

 

İl ərzində ARDNF tərəfindən hərraclar vasitəsilə valyuta satışı davam etdiriləcək.

Müəllif | Apa.Tv
Apa.tv