Türkiyə Avropa Birliyi ölkələrinə viza rejimini ləğv etdi
Türkiyə bütün Avropa Birliyi ölkələrinin vətəndaşlarına məcburi viza tələbini qaldırıb. APA TV-nin xəbərinə görə, bu barədə "Resmi Gazete"də xəbər verilib.
Türkiyə tərəfindən viza tələb olunan AB üzvü ölkələrinin vətəndaşlarına vizanın ləğv olunması Nazirlər Kabinetində qərarlaşdırılıb.
Xəbərdə bildirilir ki, viza tələbinin ləğv olunması qərarı, Avropa Birliyinin Şengen bölgəsində Türkiyə vətəndaşları üçün qoyulan viza tələbinin qaldırıldığı tarixdən etibarən qüvvəyə minəcək.