Qaxda 40 yaşlı kişini elektrik cərəyanı vurub öldürdü

Qaxda 40 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb. APA TV-nin məlumatına görə, hadisə mayın 2-də Qax rayonunun Xələftala kəndində baş verib.

 

Kənd sakini, 1976-cı il təvəllüdlü Alyoşa Cordan oğlu Papiyaşvili yaşadığı ərazidə elektrik enerjisi olmadığı üçün kəndin ərazisindəki transformatora qanunsuz müdaxilə edib. Nəticədə Alyoşa Papiyaşvilini elektrik cərəyanı vurub və o, ağır vəziyyətdə Qax Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

 

Qax RMX-dan APA TV-yə bildirilib ki, həkim müayinəsi zamanı Alyoşa Papiyaşvilinin  artıq öldüyü məlum olub.

 

Faktla bağlı Qax rayon prokurorluğunda araşdırma aparılır. 

Müəllif | Apa.Tv
Vüqar Heydərov