İŞİD Kilisə 4 raket atdı: türk ordusu 13 terrorçunu məhv etdi
İŞİD Türkiyənin Kilis şəhərinə növbəti dəfə raket atıb. APA TV-nin məlumatına görə, atılan raketlər polis şöbəsinin yerləşdiyi ərazidəki boş sahəyə düşüb.
Türkiyə Silahlı Qüvvələrindən verilən məlumata görə, Kilisdəki hərbi birləşmələr İŞİD dərhal cavab verib. Türk ordusu tərəfindən uzaq mənzilli raketlər vasitəsilə İŞİD-ə verilən cavab atəşi zamanı 13 terrorçu məhv edilib. Eyni zamanda İŞİD-in hərbi texnika daşıyan maşını da vurulub.
Qeyd edək ki, İŞİD-in Kilisə atdığı raketlər boş sahəyə düşdüyündən, ölən və ya yaralanan olmayıb.