“Sky News”: Bəşər Əsəd İŞİD-lə əməkdaşlıq edib

Britaniyanın “Sky News” telekanalı Suriya hakimiyyətinin İŞİD terror qruplaşmasını  dəstəkləməsi barədə məlumatların əks olunduğu məxfi sənədlərin əldə etdiyini bildirib. 

 

APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, sənədlərdə qeyd olunur ki, Palmira şəhərinin azad edilməsi İŞİD və Suriya hakimiyyəti arasında əldə olunan bir neçə razılaşma əsasında  həyata keçirilib.

 

Razılaşmalar arasında neftin gübrələrə dəyişdirilməsi, əhalinin hücumlardan əvvəl bir neçə rayondan təxliyə olunması və s. kimi şərtlər olub.

 

Telekanalın məlumatına görə, məxfi sənədlər İŞİD sıralarından fərarilik etmiş şəxslər tərəfindən təqdim olunub. Sənədlərdəki məlumatların doğruluğu hələlik təsdiqlənməyib.

Müəllif | Apa.Tv
Apa.tv