Düşmənə ağır zərbələr vuran kapitan Bağıyev: “Ermənilərin 12 texnikasını məhv etdim”

Bir ay öncə cəbhə xəttində ermənilərin törətdiyi təxribatlara cavab olaraq əks-hücuma keçən Azərbaycan Ordusunun birləşmələri strateji əhəmiyyətə malik olan Talış yüksəkliyini ələ keçiriblər. Bu mühüm əməliyyatda iştirak edən kapitan Mirdamət Bağıyev düşmənin xeyli sayda texnikasını məhv edib.

 

“Aprelin əvvəllərində düşmən təxribatının qarşısını almaq məqsədi ilə düşmənin üzərinə yeridik. Ermənilərin xeyli sayda şəxsi heyətini, zirehli texnikalarını məhv etdik. Onlar bizim gücümüzü görüb, silahlarını atıb qaçmağa məcbur oldular. Şəxsi heyətdə ruh yüksəkliyi vardı. Mən düşmənin 12 təkərli və zirehli texnikasını məhv elədim”.

 

Zabit Ali Baş Komandanın əmrini gözlədiklərini, hər an düşmən tapdağı altında olan torpaqlarımız azad etməyə hazır olduqlarını bildirib.

 

Qeyd edək ki, Mirdamət Bağıyev xidmətdə göstərdiyi şücaətə görə Ali Baş Komandan, prezident İlham Əliyevin sərəncamı ilə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub.

 

 

Müəllif | Apa.Tv
Apa.tv