Balakəndə 2801 nəfər ilk dəfə səs verir

109 saylı Balakən seçki dairəsində və məntəqə seçki komissiyalarında bu gün keçirilən  prezident seçkilərinə ciddi hazırlıq işləri görülüb.  Dairə Seçki Komissiyasından bildiriblər ki, dairənin tərkibinə daxil olan 36 seçki məntəqəsində seçicilərin ümumi sayı 41 min 164 nəfərdir. Səsvermənin şəffaf və demokratik keçirilməsi üçün bütün seçki məntəqələri lazımi texniki avadanlıq və vasitələrlə təmin olunub. Seçki məntəqələrinin 8-də veb-kamera quraşdırılıb. Bu dairə üzrə  seçicilərin 18 543 nəfəri kişi, 21895 nəfəri isə qadındır. Bu  seçkilərdə 109 saylı DSK-nın məntəqələrində 2801 gəncin ilk dəfə səs verməsi nəzərdə tutulur. Dairə üzrə seçicilərin 668 nəfərinin yaş həddi 80-100 yaş arasında dəyişir.  Seçkiləri izləmək üçün 109 saylı dairə üzrə 367 nəfər yerli müşahidəçi, 2 nəfər ATƏT, 4 nəfər isə MDB nümayəndəsi qeydiyyatdan keçib. 109 saylı Balakən DSK 10 saylı məntəqəsində 889 seçicinin səs verməsi gözlənilir. Bunlardan da 54 nəfər seçici ilk dəfə səs verənlərdir.

 

Müəllif | Apa.Tv
Vüqar Heydərov