Neft kəskin ucuzlaşmağa başladı
Dünya bazarında neft ucuzlaşmaqda davam edir. APA TV-nin məlumatına görə, son 24 saat ərzində “Brent” markalı neftin qiyməti 1,3 dollar ucuzlaşıb. Bu gün birjaların səhər seanslarında “Brent” neftinin bir bareli 44,90 dollardan satılıb. Qərbi Texas nefti də ucuzlaşma trendinə daxil olub. Hərraclarda WTI neftinin bir bareli 43,67 dollardan təklif olunur. Bu, bir gün əvvəlki qiymətdən 1,2 dollar ucuzdur. Xatırladaq ki, “Bloomberg” agentliyinin keçirdiyi sorğuda iştirak edən tanınmış treyder və neft analitikləri neftin qiymətinin hazırda ən yüksək həddə çatdığını deyib, qiymətlərin 30 dollaradək ucuzlaşa biləcəyini proqnozlaşdırıblar.