Xaçmazda iki maşın toqquşdu: xəsarət alanlar var
Ötən gün axşam saatlarında Xaçmaz şəhərində yol qəzası baş verib. APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, hadisə Xaçmaz-Quba yolunun 1-ci km-də qeydə alınıb.
“Volkswagen” markalı minik maşını ilə "VAZ-21015" markalı avtomobil toqquşub. Qəza nəticəsində iki nəfər xəsarət alıb. Bunlar Bakı şəhər sakini, 32 yaşlı Real Qərib oğlu Qəhrəmanov və 33 yaşlı Yaşar Zeynalabdin oğlu Zeynalovdur.
Hər iki şəxs Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Xaçmaz Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.