Çempionlar Liqasının finalında Madrid derbisi
Çempionlar Liqasında ikinci finalçının adına aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, Madrid “Real”ı “Mançester Siti”ni qəbul edib.
İngiltərədə baş tutan ilk oyunda qolsuz bərabərlik qeydə alındığı üçün cavab qarşılaşmasında hər iki komandanın ehtiyatlı oynayacağını proqnozlaşdırmaq olardı. Azarkeşlər 90 dəqiqə ərzində sadəcə bir qola şahidlik ediblər. 20-ci dəqiqədə Qaret Beylin cəhdləri nəticəsində Fernando avtoqola imza atıb. Madridlilər bu üstünlüyü sona qədər əllərindən buraxmayıblar və yekunda finala adlayan tərəf olublar.
Qeyd edək ki, finalın digər komandası bir gün əvvəl “Bavariya”nı yolundan kənarlaşdıran digər Madrid təmsilçisi “Atletiko”dur.