Ermənilərin Qarabağda döyüşmək istəməyən iki əsgərinin meyiti tapıldı
Ermənistanın işğal edilmiş Azərbaycan ərazilərində saxladığı hərbçilər arasında ajiotaj davam edir.
APA TV-nin erməni mənbələrinə istinadən məlumatına görə, Dağlıq Qarabağ ərazisindəki erməni hərbi hissələrinin birində iki əsgərin meyiti aşkarlanıb.
Onlar 19 yaşlı Koryun Arutunyan və İqor Akopyandır. Öldürülən əsgərlərin üzərində güllə yaralarından başqa, digər zorakılıq əlamətləri də aşkarlanıb.
Həmin əsgərlərin döyüş əmrini yerinə yetirmədikləri də istisna edilmir. Araşdırmalara başlanılıb.