Çayxanada qumbara partlatdı, ailə üzvləri öldü - GƏNCƏDƏ
Ötən gecə Gəncədə iki nəfərin ölümü, üç nəfərin yaralanması ilə nəticələnən insident baş verib.
APA TV-nin qərb bürosunun məlumata görə, şəhərin Elbrus Allahverdiyev küçəsindəki (Abbas Səhhət yaşayış massivi) çay evində mübahisə edən 4 nəfərdən biri əlində olan qumbaranı partladıb. Hadisə zamanı iki nəfər ölüb, 3 nəfər isə yaralanaraq xəstəxanaya yerləşdirilib.
Çayxanada 1972-ci il təvəllüdlü şəhər sakini Məhərrəm Əhmədovun əlindəki “F-1” tipli əl qumbarasının partlaması nəticəsində özü və qardaşı oğlu, 1985-ci il təvəllüdlü Taleh Əhmədov hadisə yerində ölüblər. Məhərrəm Əhmədovun oğlu, 1998-ci il təvəllüdlü Nəriman Əhmədov, qardaşı oğlu, 1994-cü il təvəllüdlü Orxan Mirzəyev və 1975-ci il təvəllüdlü Sadiq Əhmədov müxtəlif qəlpə yaraları ilə Abbas Səhhət adına xəstəxanaya yerləşdiriliblər. Onların vəziyyətlərinin normal olduğu bildirilir.
Məlumata görə, hadisə mübahisə zəmində baş verib. Qarşı tərəfdən mübahisədə iştirak edən bir neçə nəfər saxlanılıb.
Faktla bağlı Gəncə şəhər Prokurorluğunda cinayət işi başlanıb.