Növbəti valyuta hərracı: Mərkəzi Bank 5 milyon dollar aldı

Bu gün Azərbaycan Dövlət Neft Fondu (ARDNF) tərəfindən 50 mln. dollar məbləğində vəsait hərraca çıxarılıb.

 

Fonddan "APA-Economics"ə verilən məlumata görə, bu vəsaitdən 40,8 mln. dollar məbləğində vəsait 7 banka, 5 mln. dollar məbləğində vəsait isə Azərbaycan Mərkəzi Bankına satılıb.

 

İl ərzində ARDNF tərəfindən hərraclar vasitəsilə valyuta satışı davam etdiriləcək.

Müəllif | Apa.Tv
Apa.tv