Ermənistan parlamenti "DQR"in tanınması məsələsini mayın 10-da müzakirə edəcək
Mayın 10-da Ermənistan parlamentinin növbədənkənar iclasında qondarma “Dağlıq Qarabağ Respublikası”nın tanınması ilə bağlı qanun layihəsi müzakirə olunacaq.
APA-nın BBC-yə istinadən verdiyi məlumata görə, bu gün Ermənistan hökuməti qanun layihəsinə rəy verərək sənədi parlamentə göndərib. Rəydə bildirilir ki, sözügedən qanun layihəsinin qəbulu “DQR” ilə Ermənistan arasındakı müzakirələrin nəticələrindən asılıdır.
Qeyd edək ki, sözügedən layihəni bu gün hökumətin iclasında Ermənistan xarici işlər nazirinin müavini Şavarş Köçəryan təqdim edib. Layihənin müəllifləri müxalifətçi deputatlar Zarui Postancyanla Qrant Baqratyandır.