Bakıda yeni yanğından mühafizə bölmələri açıldı
Bu gün Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Binəqədi, Sabunçu və Nizami Rayon Dövlət Yanğından Mühafizə hissələrinin yanğından mühafizə bölmələrinin açılışı olub.
APA TV-nin Dövlət Yanğından Mühafizə Hissəsinin 3 nömrəli yanğından mühafizə bölməsinin açılış mərasimdə fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev, Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi, general-mayor Füzuli Əsədov iştirak ediblər.
Məlumat verilib ki, 38 nəfər şəxsi heyəti olan bölmənin ərazisi 48 sotdur. Bölmə Mehdiabad və Binəqədi qəsəbələri, Balaxanı və Novxanı istiqamətlərində olan yaşayış məntəqələri və sənaye obyektlərinin mühafizəsi üçün nəzərdə tutulub.
Üç çıxışlı bölmənin inzibati binası ən yüksək standartlara cavab verən müasir avadanlıqla təchiz olunub. Şəxsi heyətin fəaliyyəti üçün hər cür şərait yaradılıb.
Bölmənin ərazisində yanğın deposu, nəzarət-buraxılış məntəqəsi, qazanxana, nasosxana, su anbarı, avtoyuma məntəqəsi inşa edilib. İnzibati binada dispetçer, tədris, qəbul və istirahət otaqları, yeməkxana var.
Bölmə 2 ədəd ən müasir yanğınsöndürmə avtomobili ilə təmin olunub.
Daha sonra FHN-in Sabunçu Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 22 nömrəli yanğından mühafizə bölməsinin açılışı də olub.
Açılış mərasimində məlumat verilib ki, 38 nəfər şəxsi heyəti olan bölmənin ərazisi 30 sotdur. Bölmə Pirşağı, Kürdəxanı, Fatmayi qəsəbələrindəki yaşayış məntəqələri və sənaye obyektlərinin mühafizəsi üçün nəzərdə tutulub.
Bölmə üç çıxışlıdır. Bölmənin inzibati binası ən yüksək standartlara cavab verən müasir avadanlıqla təchiz olunub. Şəxsi heyətin fəaliyyəti üçün hər cür şərait yaradılıb.
Bölmənin ərazisində yanğın deposu, nəzarət-buraxılış məntəqəsi, qazanxana, nasosxana, su anbarı, avtoyuma məntəqəsi var. İnzibati binada dispetçer, tədris, qəbul və istirahət otaqları, yeməkxana fəaliyyət göstərir. Bölmə 2 ədəd ən müasir yanğınsöndürmə avtomobili ilə təmin olunub.
Daha bir yanğından mühafizə bölməsinin açılışı isə Nizami rayonunda olub. 38 nəfər şəxsi heyəti olan bölmə Nizami, Xətai və Sabunçu rayonlarının bir hissəsində olan yaşayış məntəqələri və sənaye obyektlərinin mühafizəsi üçün nəzərdə tutulub.
Üç çıxışlı bölmənin inzibati binası ən yüksək standartlara cavab verən müasir avadanlıqla təchiz olunub. Şəxsi heyətin fəaliyyəti üçün hər cür şərait yaradılıb.
Bölmənin ərazisində yanğın deposu, nəzarət-buraxılış məntəqəsi, qazanxana, nasosxana, su anbarı, avtoyuma məntəqəsi inşa edilib. İnzibati binada dispetçer, tədris, qəbul və istirahət otaqları, yeməkxana var. Bölmə 3 ədəd ən müasir yanğınsöndürmə avtomobili ilə təmin olunub.