Moskvada konsulluq qeydiyyatında 1500 Azərbaycan vətəndaşı var
Azərbaycanın Rusiyadakı səfirliyində səs vermə davam edir. APA TV-nin Moskva müxbirinin verdiyi məlumata görə, yerli vaxtla saat 08:00-da açılan məntəqədə seçici fəallığı müşahidə edilir.
Səs verməyə qatılan Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu bildirib ki, səsvermədə Moskvada konsulluq qeydiyyatında olan 1500 Azərbaycan vətəndaşının iştirakı nəzərdə tutulsa da, bu rəqəm daha çox olacağı gözlənilir.
Müşahidəçilərin sözlərinə görə, səfirlikdə keçirilən seçkidə elə də ciddi qüsurlar yoxdur.