İmişlidə film kimi qəza: işıq dirəyini aşırdı, ağaca çırpıldı

İmişlidə bir nəfərin xəsarət alması ilə nəticələn yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin Mil-Muğan bürosunun xəbərinə görə, hadisə Heydər Əliyev prospektində qeydə alınıb.

 

25 yaşlı İmişli sakini Elçin Razi oğlu Cəfərov idarə etdiyi "VAZ-21011" markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib. Yoldan çıxan avtomobil işıq dirəyini aşırıb, daha sonra ağaca çırpılıb. Qəza zamanı sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

 

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Əlibəy Zeynallı