Gürcüstanda ermənilərə iş verilmir - BÖYÜK KÖÇ

Gürcüstanda ermənilərin sayı kəskin azalıb. APA TV-nin məlumatına görə, bu barədə Ermənistan saytları bildirirlər.

 

Erməni əhali qonşu dövlətdə işsizlikdən və sosial problemlərdən əziyyət çəkir.

Qeyd edək ki, ermənilər əsasən Gürcüstanın Cavaxetiya bölgəsində yaşayırlar. Bu ərazi dağlıq bölgə olduğundan yaşayış üçün əlverişsizdir. Bundan əlavə Tiflisdə yaşayan ermənilərin də işsizlik problemi ilə qarşılaşdıqları bildirilir. Paytaxtda yaşayan ermənilər iş üçün vətəndaşı olduqları ölkədən kənarda iş axtarmağa məcbur olurlar.

Ermənilərdən fərqli olaraq, azərbaycanlılar adı çəkilən ölkədə daha əlverişli bölgədə kompakt şəkildə yaşayırlar.

Xatırladaq ki, məlumatı Gürcüstan paytaxtındakı erməni ictimaiyyəti yayıb. 

Müəllif | Apa.Tv
Apa.tv