Donald Tramp sonuncu rəqibini də əzdi - VAHİD NAMİZƏD OLDU

ABŞ-da keçiriləcək prezident seçkilərində Respublikaçılar partiyasının prezidentliyə namizədi Con Keysikin seçki marafonundan geri çəkilməsi barəsində informasiya yayılıb.

 

APA TV-nin məlumatına görə, əgər bu məlumat öz təsdiqini taparsa, Donald Tramp seçkilərə Respublikaçıların yeganə namizədi olaraq qatılacaq.

Bir qədər öncə Ted Kruz da seçkidə iştirakını dayandırmaq barədə qərar verib. Ehtimal olunur ki, hər iki namizədin seçkidə iştiraklarını dayandırmaq barəsindəki qərarına İndiana ştatında keçirilən praymerizlərin nəticələri öz təsirini göstərib. Sözügedən ştatda milyarder namizəd Donald Tramp 50 faiz səs toplayaraq, ştatdan olan bütün qurultay nümayəndələrinin dəstəyini qazanıb. Hazırda D.Trampın hesabında 1007 nümayəndənin səsi var.

Ted Kruz və Con Keysik isə müvafiq olaraq 546 və 153 nəfərin səsinə arxayın ola bilər. Qeyd edək ki, ABŞ-da prezident seçkilərin bu ilin noyabr ayında keçiriləcək.

Müəllif | Apa.Tv
Apa.tv