Davudoğludan istefa qərarı
Türkiyənin baş naziri, Ədalət və İnkişaf Partiyasının (AKP) lideri Əhməd Davudoğlu partiyanın mayın 22-nə təyin olunan fövqəladə qurultayında bu vəzifəyə namizədliyini irəli sürməyəcəyini bəyan edib.
APA TV-nin xəbərinə görə, Ə.Davudoğlu bunu keçirdiyi mətbuat konfransında bildirib.
Beləliklə, Ə.Davudoğlunun AKP sədrliyi və baş nazir vəzifəsindən istefası dəqiqləşmiş olub.