Şirvanda yanacaqdoldurma məntəqəsinə basqın: pul aparıldı
Şirvanda yanacaqdoldurma məntəqəsinə basqın olub, məntəqənin operatoruna xəsarət yetirilib.
APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, iki naməlum şəxs mayın 4-dən 5-nə keçən gecə Hacıqabul-Bəhrəmtəpə magistralında, Şirvan şəhəri ərazisində yerləşən “Nur” yanacaqdoldurma məntəqəsinə basqın edərək məntəqənin əməkdaşı, Sabirabad rayonunun Qaragüney kənd sakini, 1987-ci il təvəllüdlü Əhmədov Elvin Əzim oğluna ağır bədən xəsarətləri yetirib. Basqınçılar kassadan 453 manat götürərək qaçıblar.
E.Əhmədov burun sümüyünün sınığı və digər xəsarətlərlə Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib, ona ilkin tibbi yardım göstərilərək evə buraxılıb. Polis hadisəni törədənlərin tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirir.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.