Gəncədə maşından oğurluq edən iki nəfər tutuldu

Gəncədə oğurluq faktının üstü açılıb. APA TV-nin qərb bürosunun məlumatına görə, Ağdam rayon sakini Ramil Paşayev aprelin 30-da Gəncə şəhər Nizami rayon Polis İdarəsinə müraciət edərək şəhərin mərkəzində saxladığı “Toyota” markalı avtomobilinin salonundan içərisində 6 min manat dəyərində qızıl-zinət əşyaları, 400 manat nəğd pul və digər əşyalar olan çantanın oğurlanması barədə məlumat verib.

 

Həyata keçirilən əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Gəncə şəhər sakinləri - 1979-cu il təvəllüdlü Razi Rzayev və 1983-cü il təvəllüdlü Suliddin Abbasov saxlanılıblar. Onlar cinayət əməlini törətdiklərini etiraf ediblər.

 

Faktla bağlı cinayət işi açılıb, istintaq aparılır.

Müəllif | Apa.Tv
Azər Məmmədli