Bakıda UEFA U-17 Avropa çempionatının açılış mərasimi keçirildi
Bakı Olimpiya Stadionunda 17 yaşadək futbolçular arasında Avropa çempionatının açılış mərasimi keçirilib.
APA TV-nin məlumatına görə, açılış tədbirində Azərbaycan prezidenti İlham Əliyev, xanımı, Heydər Əliyev Fondunun prezidenti və ölkənin birinci xanımı Mehriban Əliyeva da iştirak ediblər.
Təntənəli açılışa milli rəqslə start verilib. Rəqsləri topla “freestyle” hərəkətlər edən idmançılar müşayiət ediblər. Onları isə çempionatın 16 komandasının bölündüyü 4 qrupdakı ölkələrin bayraqları əhatə edib.
"Natiq" ritm qrupunun ifası və "Sarı gəlin" xalq mahnısı açılış mərasiminə toplaşanlara xüsusi zövq verib.
Daha sonra Röya Ayxan və Miri Yusif çempionatın rəsmi himnini canlı səsləndiriblər və bununla da açılış mərasimi başa çatıb.