100 dollar=151 manat - HƏFTƏNİN SON MƏZƏNNƏSİ
Azərbaycan Mərkəzi Bankı xarici valyutaların növbəti məzənnələrini açıqlayıb.
APA TV-nin məlumatına görə, ABŞ dollarının məzənnəsi artıb. Mərkəzi Bank dolların kursunu 1,5100 manat olaraq müəyyənləşdirib.
Bivalyuta səbətinə daxil olan avro isə manat qarşısında dəyər itirib. Avronun rəsmi məzənnəsi 1,7220 manat olaraq açıqlanıb.
Rusiya rublunun da məzənnəsi bahalaşıb. Hazırda 1000 Rusiya rublu 22 manat 80 qəpikdir.
Qeyd edək ki, Mərkəzi Bank valyuta məzənnələrini həftə içi hər gün açıqlayır. Cümə günləri isə şənbə, bazar və bazar ertəsi üçün üçgünlük məzənnə açıqlanır.