Cəlilabadda keçmiş məhkum arvadını bıçaqladı
Cəlilabadda keçmiş məhbus arvadını bıçaqlayıb. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə şəhərin Heydər Əliyev Seyrəngahı ərazisində baş verib.
Rayonun Maşlıq kənd sakini Vaqif Əliyev şəxsi münaqişə zəminində keçmiş arvadı, 31 yaşlı Aygün Soltanovanı azyaşlı uşağının gözü qarşısında bıçaqlayıb. Yaralı dərhal təcili tibbi yardımla Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Burada onun üzərində cərrahiyə əməliyyatı aparılıb, yaraları tikilib. Bununla belə, zərərçəkənin vəziyyətinin ağır olduğu bildirilir.
Rayonun hüquq-mühafizə orqanları əvvəllər də bir neçə dəfə məhkumluq həyatı yaşamış Vaqif Əliyevi yaxalayaraq istintaqa təhvil veriblər.
Məlumata görə, cütlük hadisədən cəmi bir neçə saat öncə məhkəmənin qərarı ilə boşanıbmış.
Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.