Türkiyədə dəhşətli yanğın: ata və 6 uşağı öldü
Türkiyənin Qaziantep vilayətində dəhşətli yanğın baş verib.
APA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Naciyə və Mehmet Emin Bakır cütlüyünün yaşadığı birmərtəbəli evdə başlayan yanğının miqyası qısa müddətdə genişlənib.
Yanğınsöndürənlər hadisə yerinə gələnə qədər ev tamamilə yanıb. Nəticədə Mehmet Emin Bakır və onun 6 uşağı yanaraq ölüb.
Huşsuz vəziyyətdə tapılan Naciyə Bakır isə xəstəxanaya çatdırılıb.