Fatmayidə iki maşın toqquşdu: iki yaralı

Abşeronda iki nəfərin xəsarət alması ilə nəticələnən qəza baş verib. APA TV-nin məlumatına görə, hadisə rayonun Fatmayi kəndində qeydə alınıb.

 

"Nissan" və "Daewwo" markalı minik avtomobillərinin toqquşması nəticəsində hər iki maşının sürücüsü xəsarət alınıb. Hadisə yerinə təcili yardım çağırılıb. Yaralılar 1 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıblar. Həkimlər yaralı Musa Elmirzəyev və Elnur Abbasovu müayinə etdikdən sonra onlar reanimasiya şöbəsinə yerləşdiriliblər.

 

Hadisə yerində araşdırma aparan polis əməkdaşlarının bildirdiyinə görə, ehtimal olunur ki, qəzaya səbəb "Nissan" markalı avtomobilin sürücüsünün kobud qayda pozuntusu olub.

 

Faktla bağlı araşdırmalar davam etdirilir.

Müəllif | Apa.Tv