Binəqədi sakini öz boğazını kəsdi

Ötən gecə Binəqədi rayonunda qanlı hadisə baş verib. APA TV-nin məlumatına görə, rayonun Biləcəri qəsəbəsi, Yəhya Hüseynov küçəsi, döngə 2, ev 4-ə yaşayan 41 yaşlı Zaur Dadaşbala oğlu Məmmədov boğazı kəsilmiş vəziyyətdə xəstəxanaya gətirilib.

 

O, dərhal əməliyyat olunub. Hadisə barədə polisə məlumat verilib. Zaur Məmmədovun qardaşının polislərə verdiyi məlumata görə, o, özü-özünə xəsarət yetirib. Yaralının vəziyyəti ağır olduğundan, onu dindirmək mümkün olmayıb.

 

Faktla əlaqədar Binəqədi Rayon Polis İdarəsində araşdırmalara başlanılıb.

Müəllif | Apa.Tv