Birjalarda neft yenə ucuzlaşır

Dünya bazarında neft ucuzlaşmaqda davam edir. APA TV-nin məlumatına görə, son 24 saat ərzində “Brent” markalı neftin qiyməti 75 sent ucuzlaşıb. Bu gün birjaların səhər seanslarında “Brent” neftinin bir bareli 44,75 dollardan satılıb.

 

Qərbi Texas nefti isə ucuzlaşmaqdadır. Hərraclarda WTI neftinin bir bareli 43,98 dollardan təklif olunur. Uzun müddətdən sonra ilk dəfə “Brent” və WTI neftləri arasında qiymət fərqi 1 dollardan az olub. Həftənin son hərracları bu gün keçiriləcək.

 

Xatırladaq ki, “Bloomberg” agentliyinin keçirdiyi sorğuda iştirak edən tanınmış treyder və neft analitikləri neftin qiymətinin hazırda ən yüksək həddə çatdığını deyib, qiymətlərin 30 dollaradək ucuzlaşa biləcəyini proqnozlaşdırıblar.

Müəllif | Apa.Tv
Apa.tv