Kanadada meşə yanğınları: 88 min nəfər təxliyə edildi

Kanadanı meşə yanğınları cənginə alıb.

 

APA TV-nin "BBC"yə istinadən xəbərinə görə, 7500 hektarlıq ərazini əhatə edən yanğın nəticəsində Alberta vilayətinin 88 000 nəfərə yaxın sakini xilasetmə dəstələri tərəfindən təxliyə edilib.

 

Ötən həftənin sonlarından başlayan yanğının miqyası çərşənbə günündən etibarən daha da genişlənərək, vilayətin cənub-qərb hissəsini bürüyüb. Əsən güclü külək yanğınsöndürənlərin işini bir qədər də çətinləşdirib.

 

Vilayət rəsmiləri şiddətli yanğınla mübarizədə artıq bütün üsulların tükəndiyini etiraf edib. Albertanı tam əhatə edən yanğının Fort McMurrey şəhərciyinin şimal-şərq hissəsinə doğru hərəkət etdiyi bildirilib.

 

Güclü yanğınlar nəticəsində Beacon Hill qəsəbəsindəki evlərin hamısı yanaraq külə dönüb.

 

 

 

Müəllif | Apa.Tv
Apa.tv