NATO tankları Estoniyada - GÜRCÜSTAN VƏ MOLDOVADAN SONRA

Estoniyada 6 min hərbçinin iştirakı ilə NATO-nun "Spring storm" (Bahar fırtınası) təlimləri başlayıb.

 

APA TV-nin xəbərinə görə, təlimlərdə ABŞ, Almaniya, Böyük Britaniya və Niderland daxil olmaqla alyansa üzv 10 ölkənin hərbçiləri iştirak edir.

 

Artıq NATO-ya məxsus hərbi texnika Estoniyaya daxil olub. Pılvamaa, Tartumaa və Vırumaa bölgələrində keçirilən təlimdə 6 min hərbçi, o cümlədən ehtiyatda olan 1500 əsgər və zabit iştirak edir. Viru şəhərində aparılan hərbi təlimdə Polşaya məxsus SU-22, Estoniyanın isə F-15 qırıcı təyyarələri manevrlər edib.

 

Qeyd edək ki, NATO-nun hərbi təlimləri mayın 19-na kimi davam edəcək.

Müəllif | Apa.Tv
Apa.tv