Sabahdan havalar pisləşir - XƏBƏRDARLIQ
Azərbaycanda hava şəraitinin dəyişiləcəyi ilə bağlı xəbərdarlıq edilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA TV-yə verilən məlumata görə, mayın 7-si qərb rayonlarından başlayaraq mayın 9-dək bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olma ehtimalı var. Temperatur tədricən 3-5 dərəcə aşağı enəcək.
Mayın 7-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə saatlarında yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal küləyi axşama doğru arabir güclənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 10-14, gündüz 19-24, Bakıda gecə 12-14, gündüz 20-22 dərəcə isti olacaq.
Sabah Azərbaycanın rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Axşam bəzi yerlərdə leysan xarakterli olacağı ehtimalı var. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 10-15, gündüz 22-27, dağlarda gecə 3-8, gündüz 13-18 dərəcə isti olacaq.