DSX-də «Heydər Əliyev Azərbaycan dövlətinin qurucusudur» mövzusunda konfrans keçirilib

Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə «Heydər Əliyev Azərbaycan dövlətinin qurucusudur» mövzusunda konfrans  keçirilib.

 

DSX mətbuat mərkəzindən APA TV-yə verilən məlumata görə, konfransda millət vəkilləri Musa Qasımlı, Əflatun Amaşov, Tahir Mirkişili və “Srategiya” jurnalının redaktoru İbrahim Əliyev iştirak ediblər.

 

Dövlət Sərhəd Xidmətinin Nümunəvi Hərbi Orkestrinin müşayiəti ilə dövlət himni səsləndikdən sonra Ümummilli Liderin əziz xatirəsi ehtiramla yad edilib. Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin rəisi general-mayor Əfqan Nağıyev «Heydər Əliyev Dövlət Sərhəd Xidmətinin yaradıcısıdır» mövzusunda məruzə ilə çıxış edərək, Ulu Öndərin Dövlət Sərhəd Xidmətinin yaradılması barədə imzaladığı fərmanla Azərbaycan sərhəd mühafizəsinin müasir tələblər səviyyəsinə qaldırılması üçün əlverişli zəmin yaradılmasını, Azərbaycanın dəniz sərhədlərinin mühafizəsinə xüsusi qayğı göstərməsini qeyd edib.

 

Konfransda həmçinin «Heydər Əliyev şəxsiyyəti Azər­bay­can dövlətçiliyinin parlaq simvo­ludur» və «Heydər Əliyev Azərbaycan Dövlətinin qurucusudur»  mövzularında məruzələr dinlənil­ib, məruzələr ətrafında çıxışlar olub.

 

Konfrans iştirakçıları Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsində fəaliyyət göstərən Heydər Əliyev İdeoloji Mərkəzinə baxış keçirib, Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən sənədli filmə tamaşa  ediblər.

Müəllif | Apa.Tv
Apa.tv