İstintaq Təcridxanasında səsvermə
Gəncədə yerləşən 2 saylı İstintaq Təcridxanasında məhbusların 59,45 faizi səs verib. APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, saat 12-yə kimi istintaq təcridxanasında olan 740 məhbusun 440 nəfəri səsvermədə iştirak edib. Bundan başqa, şəhərdə olan hərbi hissələrdə olan hərbçilərin də 46 faizi səsverməyə qatılıb.