Fərhad Əliyev: "İstedadına bələd olduğum şəxsə səs verdim"

"Mən bundan əvvəl də vahid əqidəmin sahibi ilə əlaqədar xüsusi bəyənatla cıxış etmişəm, bu gün də seckiyə gələrək öz mövqeyimi bir daha bildirdim".    

 

Bu sözləri kecmiş iqtisadi inkşaf naziri Fərhad Əliyev 2 saylı Cəzaçəkmə  Müəssisəsində yaradılmış 14 saylı Xəzər dairə seçki komissiyasının 36 saylı məntəqəsində secici hüququndan istifadə edərkən jurnalistlərə deyib. Onun sözlərinə görə, müəssədə seckilərin demokratik kecirilməsi ücün hər cür şərait yaradılıb: "Azərbaycanın müstəqilliyi, təhlükəsizliyi , sabitliyinə təminat verən prezdentə səs verdim. Yüksək istedadına, dövlətcilik və idarəcilik bacarığına bələd olduğum şəxsə səs verdim".   

 

36 saylı məntəqədə seçici siyahısında 1210 nəfər qeydiyyata alınıb.

2 saylı Cəzaçəkmə Müəssisəsində ağır, xüsusilə ağır cinayət törətmiş şəxslər cəza cəkir.

Müəllif | Apa.Tv