Tramp Böyük Britaniyanı Avropa İttifaqından çıxmağa çağırdı

"Birləşmiş Krallıq Avropa İttifaqı olmadan da yaşaya bilər". APA TV-nin BBC-yə istinadən xəbərinə görə, bu sözləri Respublikaçılar Partiyasının prezidentliyə namizədi Donald Tramp deyib.

 

O bildirib ki, bu gün Avropa üçün qaçqınlar probleminin dəhşətli hal almasının yeganə səbəbi Avropa İttifaqıdır. 

 

Milyarder qeyd edib ki, 23 iyunda keçiriləcək referendum zamanı İngiltərə Avropa İttifaqı ilə əlaqələrin dayandırılmasının lehinə səs verməlidir: "Mən İngiltərəni yaxşı tanıyıram və bu, bir tövsiyə deyil. Bu mənim hissiyatımdır".

Müəllif | Apa.Tv
Apa.tv