Dollar ucuzlaşdı - DÖRD GÜNLÜK MƏZƏNNƏ

Azərbaycan Mərkəzi Bankı qarşıdakı dörd günün valyuta məzənnələri açıqlayıb. APA TV-nin məlumatına görə, 1 ABŞ dollarının mayın 7, 8, 9 və 10-na olan rəsmi məzənnəsi manat qarşısında 1,5094 səviyyəsində müəyyən olunub.

 

Qeyd edək ki, bu gün dollar 1,5100 manat olub.

Xatırladaq ki, Mərkəzi Bank valyuta məzənnələrini həftə içi hər gün açıqlayır. Hər həftənin cümə günü isə şənbə, bazar və bazar ertəsi də daxil olmaqla üç günlük rəqəmlər açıqlanır. Gələn həftənin bazar ertəsi qeyri-iş günü olduğundan, qurum bu dəfə qarşıdakı dörd gün üçün məzənnəni açıqlayıb.
 

Müəllif | Apa.Tv
Apa.tv