Sosial şəbəkədə söyüş qanla bitdi: 14 yaşlı məktəbli bıçaqlandı

Bakıda məktəblilər arasında mübahisə bıçaqlanma ilə nəticələnib. APA TV-nin məlumatına görə, hadisə Bakıxanov qəsəbəsində baş verib.

 

271 saylı orta məktəbin şagirdi, 2002-ci il təvəllüdlü Bayraməli Vidadi oğlu İmanov məktəb yoldaşı tərəfindən bıçaqlanıb. Məktəbin həyətində bıçaqlanan 14 yaşlı şagird 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb.

 

İlkin məlumata görə, bıçaqlanan və hadisəni törədən yeniyetmələr arasında mübahisə gündüz məktəbdə başlayıb. Daha sonra məktəblilər sosial şəbəkədə mübahisəni davam etdiriblər və bir-birinə söyüş yazıblar. Axşam saatlarında isə məktəbli R.C. Bayraməli İmanova zəng edib və onu məktəbin həyətinə çağırıb. Orda məktəblilər dalaşıblar və R.C. özü ilə gətirdiyi bıçaqla Bayraməlini vurub.

 

14 yaşlı məktəbli əməliyyat olunub, vəziyyəti orta ağırdır.

 

Faktla bağlı Sabunçu Rayon Polis Şöbəsində araşdırma aparılır.

Müəllif | Apa.Tv