Sərhədçilər belə səs verdilər
Dövlət Sərhəd Xidmətinin mərkəzi aparatında xidmət edən əsgər, gizir və zabitlər 23 saylı Nəsimi-Səbail Dairə Seçki Komissiyasının 22 saylı məntəqəsində səsvermədə iştirak ediblər. APA TV-nin xəbərinə görə, məntəqə sədri Gülnaz Mehdizadə bildirdi ki, səs verən bütün hərbçilərin adları siyahıda var, prosedurlar qanuna uyğun olaraq icra olunur. Məntəqə ərazisində "Exit-poll" keçirilir, proses beynəlxalq müşahidəçilər tərəfindən də izlənilir.