26 yaşlı futbolçu oyun zamanı öldü
Yaşıl meydanlarda daha bir futbolçu ölümü qeydə alınıb. APA TV-nin məlumatına görə, Buxarest “Dinamo”sunun kamerunlu oyunçusu Patrik Ekenq vəfat edib.
Rumıniya birinciliyinin “Vitorul”la oyununda meydana ehtiyatdan daxil olan 26 yaşlı futbolçu 7 dəqiqə sonra huşunu itirərək yerə yıxılıb. Ürəyi dayanan oyunçuya ilk olaraq klubun həkimləri müdaxilə ediblər.
Həkimlər onun ürək döyüntülərini bərpa etsələr də, vəziyyətinin ağır olduğunu görüb təcili tibbi yardım maşını ilə xəstəxanaya yola salıblar.
Ancaq Ekenq heç bir xüsusi avadanlığı olmayan və sadəcə, nəqliyyat kimi istifadə edilən təcili yardım maşınında xəstəxanaya çatmamış vəfat edib.