İngilislər Londonu müsəlman merə etibar etdilər - İLK DƏFƏ

Londonda şəhər meri postuna keçirilən seçkilərin nəticələri məlum olub. APA TV-nin "BBC"yə istinadən xəbərinə görə, bu posta ölkə tarixində ilk dəfə olaraq Leyboristlər partiyasından olan müsəlman namizəd Sadiq Xan seçilib.

 

İngiltərə paytaxtına növbəti dörd ildə rəhbərlik edəcək şəxsin 45 yaşı var, ixtisasca hüquqşünasdır. O, uzun müddət insan hüquqlarının müdafiəsi sahəsində fəaliyyət göstərib. 2005-ci ildə isə Londonun şimalındakı Tutinq vilayətindən parlament üzvü seçilib. Sadiq Xanın valideynləri 1970-ci ildə Pakistandan İngiltərəyə mühacirət edib.

 

Qeyd edək ki, Sadiq Xan müsəlman olduğuna görə seçki kampaniyası zamanı rəqibləri tərəfindən dəfələrlə terrorçuluğu müdafiə etməkdə ittiham edilib.

Müəllif | Apa.Tv
Apa.tv